Cüdo üzrə Azərbaycan çempionatının təntənəli açılış mərasimi keçirilib

10:38 24 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC 
Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışın təntənəli açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana və Olimpiya hərəkatının inkişafına göstərilən qayğıdan söhbət açıblar. Son vaxtlar Azərbaycan cüdoçularının beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurları yüksək qiymətləndirilib. Bildirilib ki, cüdo üzrə ölkə çempionatında ilk dəfə olaraq respublikamızın daha çox bölgəsindən idmançılar mübarizə aparır.
Rəsmi çıxışlardan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Açılış mərasimi tanınmış incəsənət xadimlərinin iştirakı ilə bədii proqram və yeniyetmə cüdoçuların nümunəvi çıxışları ilə davam etdirilib.
Açılış mərasimindən sonra qızların yarışında bütün, oğlanların mübarizəsində isə iki çəki dərəcəsində final görüşləri keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cudo_uzre_Azerbaycan_chempionatinin_tenteneli_achilis_merasimi_kechirilib-913871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR