Prezident: “İŞİD sıralarında 643 dağıstanlı döyüşür”

10:39 24 Dekabr 2015
17 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD sıralarında döyüşmək üçün 643 Dağıstan sakini respublikanı tərk edib.

 

APA-nın xəbərinə görə, bu barədə respublika başçısı Ramazan Abdulatipov “Vedomosti” qəzetinə müsahibəsində deyib.

 

R. Abdulatipov qeyd edib ki, insanların İŞİD-ə qoşulması hazırda Dağıstanın başlıca problemi olaraq qalır: “Hər rayonda antiterror komissiyası fəaliyyət göstərir. Məscidlərdə, bütün inzibati mərkəzlərdə silahlı qruplarla əlaqəli olmaqda şübhəli bilinən insanlarla bu barədə söhbətlər  aparılır”.

 

Dağıstan prezidenti, həmçinin bildirib ki, Milli Antiterror Komitəsinin iclasında terrorçuların sırasında döyüşməyə gedənlərin pasportdan məhrum edilməsi ilə bağlı təklif verib.

 

“Biz bu insanlarla mübarizə aparmaq üçün köklü dəyişikliklər etməliyik”, - deyə respublika başçısı əlavə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR