Səudiyyə Ərəbistanındakı xəstəxanada baş verən yanğın nəticəsində 25 nəfər həlak olub

Səudiyyə Ərəbistanındakı xəstəxanada baş verən yanğın nəticəsində 25 nəfər həlak olub
10:58 24 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Ötən gecə Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan vilayətindəki xəstəxanalarının birində güclü yanğın baş verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin mülki müdafiə xidməti hadisə nəticəsində 25 nəfərin həyatını itirdiyini, 100-dən çox insanın isə müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.
Hazırda tibb müəssisəsində alovun yayılması təhlükəsi aradan qaldırılıb, xəsarət alanlar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.
Yanğının baş vermə səbəbləri araşdırılır. Yerli hökumət fövqəladə vəziyyətlə bağlı təhqiqata başlayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seudiyye_Arebistanindaki_xestexanada_bas_veren_yangin_neticesinde_25_nefer_helak_olub-913878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR