Azərbaycana yeyinti məhsullarının idxalı azalıb

11:07 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə süd idxalı 17,21% azalaraq 5,2 mln. dollar, kərə yağı idxalı 10,05% azalaraq 20,7 mln. dollar, şəkər idxalı 35,6% azalaraq 114,3 mln. dollar təşkil edib.
Bunun əksinə olaraq, hesabat dövründə ət idxalı 0,11% artaraq 17,1 mln. dollar, meyvə-tərəvəz idxalı 2,3 dəfə yaxud 129,63% artaraq 51,2 mln. dollar, buğda idxalı 4,1% artaraq 276,0 mln. dollar olub.
Qeyd edək ki, cari ilin ilk 11 ayı ərzində Azərbaycana 8 196,2 mln. dollar həcmində mal idxal olunub ki, bu da illik müqayisədə 1,03% artım deməkdir. Beləliklə, ölkə üzrə cəmi idxalın 10,68%-i yeyinti məhsullarının payına düşüb.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycana-yeyinti-mehsullari-idxali-illik-7-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR