Bakı, 24 dekabr, Elvin Camalov, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) gücləndirilmiş iş rejiminə keçəcək.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı AZƏRTAC-a deyib.
Onun sözlərinə görə təxminən dekabrın 25-də gücləndirilmiş iş rejiminə keçəcək NİİM 24 saat fəaliyyət göstərdiyi üçün burada işçilər növbəli rejimlə çalışır. Xüsusilə bayram günlərində şəhərdə əhalinin sıxlığı nəzərə alındığı üçün yollarda vəziyyət 24 saat nəzarətdə saxlanılır və hər hansı bir yolda, küçədə sıxlıq olarsa işıqforların vaxtlarına müvafiq dəyişikliklər edilir.
Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, hər hansı bir küçə bağlanacağı təqdirdə müvafiq qurumlardan alınan məlumat bir neçə gün öncədən ictimaiyyətə çatdırılacaq.