Avropada insanlar evlərini mobil telefonların köməyi ilə idarə etməyə üstünlük verir

Avropada insanlar evlərini mobil telefonların köməyi ilə idarə etməyə üstünlük verir
11:26 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Qərbdə mobil telefonlar üçün nəzərdə tutulmuş proqramın köməyi ilə idarə olunan evlərin sayı artıb. "Ağıllı" ev texnologiyası insanlar arasında sürətlə populyarlaşıb.
 
"ICTnews" elektron xəbər xidməti "globalscience.ru" resursuna istinadən xəbər verir ki, keçirilmiş sorğuların nəticəsinə əsasən, insanlar evlərini mobil qurğular vasitəsilə idarəetməyə üstünlük verirlər.
Bunun nəticəsidir ki, son 12 ayda İngiltərə, Macarıstan, Avstriya və Fransa kimi ölkələrdə  "ağıllı" ev istifadəçilərinin sayı 1 milyondan 5 milyonadək artıb.
 
Məlumat üçün qeyd edək ki, "ağıllı ev" sistemində mobil telefonun köməyi ilə çox asanlıqla pəncərəni uzaq məsafədən bağlamaq, evin istilik dərəcəsinə nəzarət etmək, qaz piltəsinin işini tənzimləmək, hətta işığı yandırıb-söndürmək də mümkündür.
 
 
 
Emil Hüseynov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR