"Chevron" şirkətində ixtisarlar davaç edir

11:27 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xarici mətbuata istinadən xəbər verir ki, təxminən 530 elektrik ötən həftə işdən çıxarılıb. Son iki həftədə isə qazanxana işçiləri, boru xətti montajçıları, qaynaqçılar daxil olmaqla 700 ştat ləğv edilib.
Məlumata görə, bundan öncə qeyd olunmuşdur ki, "Chevron" şirkəti dünya üzrə işçilərindən 6-7 min nəfəri ixtisar etməyi planlaşdırır. Şirkət neftin qiymətinin ucuzlaşmasına görə bir neçə il ərzində kapital və kəşfiyyat üzrə xərclərini milyardlarla dollar azaltmağı planlaşdırır.
Qeyd edək ki, "Chevron" Korporasiyası dünyanın ən iri beynəlxalq enerji şirkətlərindən biridir. Baş ofisi ABŞ-ın Kaliforniya ştatının San Remo şəhərində yerləşir. Bu ilin əvvəlinə olan məlumata görə, müxtəlif ölkələrdə şirkətin 64,7 min işçisi olub.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/chevron-sirketinde-ixtisarlar-davac-edir11

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR