Minik və yük maşını toqquşdu, sürücü öldü

Minik və yük maşını toqquşdu, sürücü öldü
11:36 24 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib. İki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri ölüb.

Göygöl Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bakı- Qazax avtomagistralının Göygöl rayonu Balçılı kəndindən keçən hissəsində qeydə alınıb.

Daşkəsən rayonunun Astaf kənd sakini, 1974-cü il təvəllüdlü Azər Ələsgər oğlu Nuriyevin idarə etdiyi 20- BA- 240 dövlət nömrə nişanlı “QAZ 24 10” markalı avtomobillə “Mercedes” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində “QAZ 24 10” markalı minik maşınının sürücüsü hadisə yerində dünyasını dəyişib.

Hadisəyə ilkin ehtimal minik maşınının qarşıdan gələn yük avtomobilinin yoluna çıxması olub.

Oxşar qəza Göygöldə noyabr ayının 21-də də baş verib. Minik və yük avtomobillərinin toqquşmasi nəticəsində minik maşınının sürücü ölmüşdü.
Məhyəddin Şahsuvar oğlu Məmmədovun idarə etdiyi, 25- BC- 805 dövlət nömrə nişanlı "Kamaz" markalı yük avtomobili ilə Göygöl rayon sakini, 1979-cu il təvəllüdlü Qismət Məhəmməd oğlu Quliyevin idarə etdiyi, 90- XT- 407 dövlət nömrə nişanlı "VAZ" markalı minik avtomobili toqquşub.

Qəza o qədər şiddətli olub ki, minik maşınının sürücüsü 46 yaşlı Qismət Quliyev hadisə yerində dünyasını dəyişib. Onun cəsədini deformasiyaya uğramış avtomobildən Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin xilasediciləri çıxarıblar.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR