​Dağıstanın başçısı: "Respubilkanın 643 sakini İŞİD-in tərkibində döyüşür "

​Dağıstanın başçısı: "Respubilkanın 643 sakini İŞİD-in tərkibində döyüşür "
11:47 24 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının tıərkibində 643 dağıstanlı vuruşur.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov bildirib.
Onun sözlərinə görə, respublika sakinlərinin İŞİD-in tərkibində döyüşməsi Dağıstanın başlıca problemlərindəndir.
O bildirib ki, Milli Antiterror Komitəsində terrorçularla birlikdə döyüşənlərin pasportdan məhrum edilməsinin vacibliyini deyib: "Son illərin başlıca problemlərindən biri də sufi və sələfi icmalarının bir-biri ilə münaqişəsidir. Biz onların bir məscidə getməsinə, bir dinə qulluq etməsinə nail ola bilməmişik".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR