Meksika Dövlət Neft Şirkəti "Pemex" 2016-cı ildə ixtisarlar edəcək

Meksika Dövlət Neft Şirkəti "Pemex" 2016-cı ildə ixtisarlar edəcək
11:52 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Meksika Dövlət Neft-Qaz və Neftkimya Şirkəti "Petroleos Mexicanos" (Pemex) 2016-cı ildə ixtisarlar edəcək. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Pemex"in maliyyə direktoru funksiyasını icra edən Rodolfo Kampos məlumat verib.
Onun sözlərinə görə, şirkət sahə standartlarının yenidənqurma və sinxronizasiyası planı çərçivəsində ixtisarları elan edəcək.
Şirkətin 2016-cı il üçün büdcəsi 73 milyard peso azalacaq və 293 milyard peso, başqa sözlə, 17 milyard dollar təşkil edəcək. Bu, 2007-ci ildən bəri ən aşağı göstərici olacaq.
Qeyd edək ki, hazırda "Pemex"də 153 min əməkdaş çalışır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR