​Jurnalistlərin binasının sakinlərinə “kupçalar” təqdim edilib

​Jurnalistlərin binasının sakinlərinə “kupçalar” təqdim edilib
11:52 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Bakıda jurnalistlər üçün inşa edilən yaşayış binasında mənzil sahibi olan 100-dən çox sakinə dövlət reyestrindən çıxarışlar təqdim edib.
“Report”un məlumatına görə, təqdimetmə Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində jurnalistlər üçün inşa edilən binanın həyətində baş tutub. İlk sənəd "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə təqdim olunub.
Tədbirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli iştirak edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR