Cüdo üzrə Azərbaycan çempionatında ilk mükafatçılar bəlli olub

Cüdo üzrə Azərbaycan çempionatında ilk mükafatçılar bəlli olub
11:53 24 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, ölkə çempionatının ilk günündə qızların yarışında bütün, oğlanların mübarizəsində isə iki çəki dərəcəsində qaliblər müəyyənləşib.
Kişilər arasında Vüqar Şirinli (60 kq) və Telman Vəliyev (66 kq) öz çəki dərəcələri üzrə birinci olublar. Qadınların yarışında isə Leyla Əliyeva (48 kq), Səkinə Zairova (52 kq), Şəhanə Alməmmədova (57 kq), Xanım Hüseynova (63 kq), Validə Mirzəzadə (70 kq) və Günel Həsənli (78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İki gün davam edəcək yarışda respublikamızın müxtəlif bölgələrindən 400-ə yaxın cüdoçu mübarizə aparır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cudo_uzre_Azerbaycan_chempionatinda_ilk_mukafatchilar_belli_olub-913898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR