Puşkin küçəsinin Neftçilər prospektinə qədər olan hissəsində nəqliyyatın hərəkəti bərpa edilib

Puşkin küçəsinin Neftçilər prospektinə qədər olan hissəsində nəqliyyatın hərəkəti bərpa edilib
11:58 24 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işləri çərçivəsində Puşkin küçəsinin Nizami küçəsi ilə kəsişməsindən Neftçilər prospektinə qədər olan hissəsində təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar, Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsində yerləşən işıqforun iş rejimi sarı döyünən işıqdan işlək vəziyyətə qaytarılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Puskin_kuchesinin_Neftchiler_prospektine_qeder_olan_hissesinde_neqliyyatin_hereketi_berpa_edilib-913901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR