Mahaçqalada yaraqlılara yardım etməkdə şübhəli bilinən adam polislərə atəş açıb

Mahaçqalada yaraqlılara yardım etməkdə şübhəli bilinən adam polislərə atəş açıb
12:12 24 Dekabr 2015
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Mahaçqalada polisə atəş açan silahlı şəxs öldürülüb.
"Report" TASS-a istinadən xəbər verir ki, güc strukturları əldə edilən əməliyyat informasiyası əsasında şəhərin Reduktor qəsəbəsində "Qazel" markalı maşını saxlamaq istəyib. Amma sürücü atəş açaraq hadisə yerindən qaçmağa çalışıb. Bununla belə, cavab atəşi ilə onu zərərsizləşdirmək mümkün olub.
İlkin məlumatlara görə, öldürülən şəxs yaraqlılara yardım edir, onların sıralarına qoşulmaq üçün adam toplayırmış.
Hadisə yeri polis tərəfindən nəzarətə alınıb, ərazidə müstəntiqlər çalışır.

Xəbərin orijinal ünvanı: http://report.az/region/mahacqalada-yaraqlilara-yardim-etmekde-subheli-bilinen-adam-polislere-ates-acib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR