İlham Əliyev əlillərlə görüşdü

İlham Əliyev əlillərlə görüşdü
12:21 24 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verdi. Qeyd edildi ki, 12 mərtəbəli binada 132 mənzil var. Mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev binanın bir qrup sakini ilə görüşdü.

Sonra dövlət başçısı mənzillərin orderlərini sakinlərə təqdim etdi, xatirə şəkli çəkdirildi.

Dövlət başçısı və xanımı mənzillərdə yaradılan şəraitlə tanış oldular.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli tibbi-sosial ekspert komissiyasının və nazirliyin Nərimanov rayon əhalinin sosial müdafiəsi mərkəzinin binasının açılışında da iştirak etdilər.

Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada yaradılan şəraitlə tanış oldular.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR