Ölkəyə soyuq silahın gətirilməsi cəhdinin qarşısı alınıb

Ölkəyə soyuq silahın gətirilməsi cəhdinin qarşısı alınıb
12:23 24 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Yaşar Muradovun baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatıyla yoxlanılarkən monitorda “beşbarmağ”a bənzər əşyanın təsviri görünüb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, təkrar yoxlama zamanı Y.Muradova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya kustar üsulla “beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.
Faktla bağlı təhqiqat aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR