İstanbulun Atatürk hava limanında həyəcanlı anlar yaşanıb

İstanbulun Atatürk hava limanında həyəcanlı anlar yaşanıb
12:23 24 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 24 dekabr, AZƏRTAC
Tehran - İstanbul reysi ilə hərəkət edən sərnişin təyyarəsi Atatürk hava limanına enərkən qəza törədib.
Türkiyə KİV-nin məlumatına görə, İranın “Mahan Air” aviasiya şirkətinə məxsus A310 tipli aerobusun pilotu enişdən sonra təyyarəni saxlaya bilməyib. Təyyarə hava limanındakı beton divara və bir sərnişin avtobusuna çırpılıb. Bildirilir ki, qəzaya səbəb təyyarənin qabaq şassisində yaranmış texniki nasazlıq olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istanbulun_Ataturk_hava_limaninda_heyecanli_anlar_yasanib-913911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR