AFFA Klublar Komitəsinin iclası başlayıb

AFFA Klublar Komitəsinin iclası başlayıb
12:27 24 Dekabr 2015
14 İdman
Ölkə mətbuatı
A- A+

AFFA Klublar Komitəsinin 2015-ci ildə son iclası işə başlayıb.


Fanat.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, tədbirdə Premyer Liqa klublarının hamısı təmsil olunmur.


"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun sədrlik etdiyi toplantıya "Qarabağ"dan heç kim qatılmayıb. Əvəzində "İnter"in yeni prezidenti Rəşad Qasımov iclasa gələnlər arasındadır. Digər iştirakçılar sırasında Fariz Nəcəfov ("Qəbələ"), Vüqar Aslanov ("Zirə"), İlqar Axundov ("Rəvan"), Elnur Məmmədov ("Neftçi"), Kamran Quliyev ("Sumqayıt"), Fikrət Hüseynov (AZAL), Mehman Allahverdiyev ("Kəpəz") və Rəşad Qasımov ("İnter") yer alıb.


Qeyd edək ki, gündəlikdəki əsas məsələ sədr seçkisi olacaq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-klublar-komitsinin-iclas-balayb-t46382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR