Şüyxülislam: Qardaş qırğını gedir

Şüyxülislam: Qardaş qırğını gedir
12:36 24 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd peyğəmbərin (ə.s) Mövludu günü ilə bağlı tədbir keçirilib. ANS PRESS-in məlumatına görə, QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhəmməd peyğəmbərin (ə.s) Mövludu gününün əhəmiyyətindən danışaraq, hər kəsi bu münasibətlə təbrik edib.

SSRİ dövründə Məhəmməd peyğəmbərin mövludu gününü keçirməyin çox çətin olduğunu söyləyən A.Paşazadə qeyd edib ki, buna baxmayaraq gizlin olsa da, Mövlud günü həmişə qeyd olunub.

Şeyxülislam dünya ölkələrində baş verən hadisələrə də toxunub. Bu gün Suriyada faktiki olaraq qardaş qırğını gedir. Kim nə edirsə, sonda qırılan müsəlmanlar olur”.

ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri qeyd edib ki, İraqda, Əfqanıstanda və digər ölkələrdə müsəlmanlar kütləvi şəkildə ölürlər: “Bu, məni üzür. Son vaxtlar Əhli-beyt adından da istifadə edib, qırğınlar, təxribatlar törədirlər. Əlbəttə biz Əhli-beyt deyəndə fərq qoymuruq. Bütün müsəlmanlar elə Əhli-beyt aşiqidir. Bizim üçün əsas insan amilidir. Biz tezliklə sülhün bərqərar olmasını istəyirik. Qırğınlara son verilməsi lazımdır. Bu qırğınları lənətləyirik”.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR