Azərbaycan jurnalistləri üçün tikilən ikinci binanın təhvil veriləcəyi vaxt açıqlanıb

Azərbaycan jurnalistləri üçün tikilən ikinci binanın təhvil veriləcəyi vaxt açıqlanıb
12:42 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ "Jurnalistlər üçün tikilən ikinci binanın tikintisi gələn ilin sonlarında yekunlaşacaq". Bunu "Report"a açıqlamasında KİVDF-nin sədri Vüqar Səfərli bildirib.
Onun sözlərinə görə, ikinci bina jurnalistlərə gələn ilin dekabr ayında təqdim ediləcək:  "Prezidentimiz dünyanın heç bir yerində analoqu olmayan addım atdı. 2013-cü ildə Prezidentin sərəncamı əsasında biz bu binanın təməlini qoyduq. Birinci binada 156 jurnalistə mənzil təqdim edildi. Bu gün də gördüyünüz kimi artıq onların mənzilləri üçün sənədlər təqdim edilir. Bunun məhz prezidentin ad gününə təsadüf etməsi isə bizim üçün daha da xoş oldu"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR