Əli Əhmədov: “...tədbir görüləcək”

Əli Əhmədov: “...tədbir görüləcək”
12:44 24 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

“Yaranmış vəziyyətdən faydalanmaq istəyənlər ortaya çıxır. Bu, düzgün hərəkət deyil. Hörmətli prezidentimiz bu cür hallara yol verənlərə dair münasibətini bildirib. Güman edirəm ki, Azərbaycan hökuməti, müvafiq qurumlar tərəfindən fürsətdən istifadə edib, süni surətdə, heç bir obyektiv əsas olmadan satdığı məhsulların qiymətlərini qaldırmağa çalışanlara qarşı tədbirlər görüləcək”.

 

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib. Baş nazirin müavini qeyd edib ki, bu tədbirlər qanun çərçivəsində olacaq: “Çalışmaq lazımdır ki, Azərbaycan vətəndaşları əlavə əziyyətlər çəkməsin, yaranmış vəziyyətdə sıxıntı keçirməsinlər. Obyektiv olaraq qiymətlərdə baş verən artımlarına gəldikdə isə, güman edirəm ki, bu, o qədər də böyük olmayacaq. Xüsusilə də yerli istehsalla əlaqədar olan məhsulların qiymətlərində ciddi artım olmayacaq. Ola bilsin ki, bu məhsulların bəzi komponentləri xaricdən gətirilir və onların gətirilməsi üçün xarici valyutadan istifadə olunur. Qiymət artımı o dərəcədə ola bilər. Amma bu, artıq bəzilərinin istifadə etdiyi mexanizmlər şəklində qiymət artımına gətirib çıxarmamalıdır. Süni qiymət artımından faydalanmaq istəyənlərin arzularının reallaşmasına imkan verilməməlidir”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR