Dələduzluğa görə həbs edilən qadının oğlu da dələduzluqdan həbsə göndərildi

Dələduzluğa görə həbs edilən qadının oğlu da dələduzluqdan həbsə göndərildi
12:44 24 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kəmalədin Adıyevin cinayəti işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. O, 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Kəmaləddin Adıyev Bakı şəhər sakinləri etibarında sui-istifadə edərək 40 min manat dələduzluq edib. O, qurbanlarına Dubaydan elektrotexnika malları gətirəcək adı ilə pul alıb. İş üzrə 11 nəfər zərərçəkən var.

 

Onu da qeyd edək ki, Kəmaləddin Abıyevin anası Əsli Abıyeva da dələduzluq əməli törətdiyinə görə 9 il azadlıqdan məhrum edilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR