“Bu qapalı mövzudur, bunu heç vaxt açıb-ağartmıram"

“Bu qapalı mövzudur, bunu heç vaxt açıb-ağartmıram"
12:52 24 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Lalə Məmmədova vergi borcundan danışıb: 

"Mən bir vətəndaş kimi vergi ödəməliyəm. Həm müəlliməyəm, həm teatrda çalışıram, həm də müğənniyəm. Son illərdə analıq məzuniyyətinə çıxdım. Bunu isə nazirliyə xəbər etmədim. İndi cəriməm gəlib. Mən də vergi borcumun yenidən hesablanmasını istədim".

L.Məmmədova "2015-ci il şou-biznesdə bir çox küsülülərin barışığı ilə yadda qaldı. Siz xalq artisti Brilliant Dadaşova ilə barışmağı düşünmürsünüz" sualına belə cavab verib:

"Bu qapalı mövzudur, bunu heç vaxt açıb-ağartmıram. Allah da bağışlayandır. Biz nə karəyik ki... Heç vaxt, heç vaxt demə. Süni barışıqdansa, səmimi küsülülük daha yaxşıdır".

Qeyd edək ki, B.Dadaşova ilə L.Məmmədovanın küsməsinə səbəb "Bu şəhər ikimizə dar" mahnısı olmuşdu. Belə ki, Murad Arif mahnını ilk dəfə xalq artisti üçün bəstələyib. Amma uzun illər keçsə də, B.Dadaşova bəstəni oxumayıb. Aradan beş il keçdikdən sonra müəllif mahnını L.Məmmədovaya verib. Bu da hər iki ifaçını üz-üzə gətirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR