​Yunanıstana keçmək istəyən 20 qaçqın suda boğulub

​Yunanıstana keçmək istəyən 20 qaçqın suda boğulub
13:12 24 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyənin İzmir əyalətinin Dikli rayonunda Yunanıstana keçmək istəyən qaçqınları daşıyan qayığın batması nəticəsində 20 nəfər boğulub.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları 21 nəfəri xilas edib, 9 nəfərin isə meyitini çıxarıb. Xilas edilənlər bildirib ki, dənizdə daha 11 nəfərin meyiti qalıb. Onların çıxarılması üçün axtarış-əməliyyat tədbiri görülür. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yunanistana-kecmek-isteyen-20-qacqin-suda-bogulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR