İndoneziyada batan sərnişin bərəsində 16 cəsəd aşkarlanıb

İndoneziyada batan sərnişin bərəsində 16 cəsəd aşkarlanıb
13:13 24 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də axtarış xilasetmə işlərinin gedişində beş gün əvvəl İndoneziya sahillərində qəzaya uğrayaraq batan sərnişin bərəsində 16 nəfərin cəsədi aşkarlanıb. Beləliklə də, faciə qurbanlarının sayı 23 nəfərə çatıb, daha 54 nəfər isə itkin düşmüş sayılır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu gündən etibarən itkin düşənlərin axtarışlarına İndoneziya Hərbi Dəniz Qüvvələri də qoşulub.
Xatırladaq ki, göyərtəsində 118 sərnişin və komanda heyətinin olduğu bərə dekabrın 19-da güclü qasırğanın təsiri nəticəsində Sulavesi adasından 21 kilometr aralıda qəzaya uğrayaraq batmışdı. Faciə zamanı həmin rayonda hündürlüyü 5 metrə çatan dalğalar qeydə alınmışdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Indoneziyada_batan_sernisin_beresinde_16_cesed_askarlanib-913932

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR