Monteneqronun Prezidenti Filip Vuyanoviçdən

13:13 24 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
24 dekabr - doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaq istərdim.
Bu gün Azərbaycan dünyada sabitlik amilidir və hamı üçün daha da çiçəklənən və ədalətli gələcəyə yol açır. Təvazökarlıqdan kənar olsa da deməliyəm ki, bu cür ilhamverici yanaşmada Sizin şəxsi töhfəniz diqqətəlayiqdir. Arzum budur ki, uzun illər ərzində sabitlik və tərəqqi yolunda dost Azərbaycan xalqına rəhbərlik edəsiniz.
Bu xoş fürsətdən istifadə edərək Monteneqro xalqı adından və şəxsən öz adımdan dost ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün səylərinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətli Prezident, Sizə cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Filip Vuyanoviç
Monteneqronun Prezidenti

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR