Ərdoğan: Azərbaycanın Qafqazın ulduzuna çevrilməsini məmnuniyyətlə izləyirəm

Ərdoğan: Azərbaycanın Qafqazın ulduzuna çevrilməsini məmnuniyyətlə izləyirəm
13:22 24 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan həmkarının doğum gününü milləti adından və şəxsən öz adından səmimi qəlbdən təbrik edib.

"Sizin rəhbərliyiniz ilə Azərbaycan gələcəyə inamla baxan güclü və rifah içində yaşayan ölkə olmaq yolunda sürətlə irəliləyir. Azərbaycanın artan iqtisadi və siyasi gücü ilə Qafqaz regionunun yüksələn ulduzuna çevrilməsini böyük məmnuniyyətlə izləyirəm.

Bu prosesdə öz gücünü xalqlarımız arasındakı tarixi qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan münasibətləri də regionumuz baxımından misilsiz sabitlik amilinə çevrilib".

Ərdoğan bildirib ki, bu xoş fürsətdən istifadə edərək əziz qardaşına yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının xoş günləri və rifahının davam etməsi üçün səmimi diləklərini ifadə edir.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. O, 1961-ci il dekabrın 24-də-də Bakı şəhərində anadan olub.

Prezidentin doğum günü iklə bağlı təbriklər ötən gündən gəlməyə başlayıblar. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev , Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov, Belarus prezidenti Aleksandr Lukaşenko, Özbəkistan prezidenti İslam Kərimov və digərləri İlham Əliyevə möhkəm cansağlığı, bol həyat enerjisi, şəxsi həyatında xoşbəxtlik, Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərində və səylərində yeni uğurlar arzulayırlar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR