Baş nazirin müavini: Dərmanların qiymətinin süni şişirdilməsinə imkan verilməyəcək

Baş nazirin müavini: Dərmanların qiymətinin süni şişirdilməsinə imkan verilməyəcək
13:23 24 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Azərbaycan manatının dollara nisbətdə məzənnəsinin enməsilə əlaqədar olaraq ölkədə bəzi dərman preparatlarının qiymətlərində dəyişikliklər ola bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibi - sədr müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.

Baş nazirin müavininin sözlərinə görə, bu qiymətlərin məzənnəyə uyğunlaşdırılması qaçılmazdır: “Qərarlaşmış qaydalara görə, Azərbaycanda dərmanların qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Məlum hadisə ilə əlaqədar olaraq qiymətlərə yenidən baxılacaq və məzənnədə baş verən dəyişikliyə uyğunlaşdırılacaq”.

Ə.Əhmədov bildirib ki, belə bir addımı atmaqla Azərbaycan hökumətinin məqsədi odur ki, Azərbaycan vətəndaşları dərmanların qiymətində müşahidə olunan süni qiymət artımından əziyyət çəkməsinlər: “Buna nail olunub. Amma indi atılan addım ondan ibarət olacaq ki, Azərbaycana dərman idxal edən iş adamları ziyana düşməsinlər. Bu olmayacaq da. Yenə də optimal bir variant işlənib hazırlanacaq, dərmanların qiymətinin süni şişirdilməsinə imkan verilməyəcək".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2473585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR