Günay: "Ay dinsiz, imansız" - FOTO

Günay: "Ay dinsiz, imansız" - FOTO
13:27 24 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

ATV-nin aparıcısı Günay Firudinqızı sosial şəbəkədə saxtakarlıqla məşğul olanlara, onu tənqid edənlərə sərt cavab verib. 

Milli.Az aparıcının yazdıqlarını təqdim edir:

"Bir müddət əvvəl bir aparıcını İnstaqram-da yazdığı təhqir dolu sözlərə görə qınamışdım. Nə olursa olsun bir qadına təhqirlə danışmaq yaraşmaz. Bu gün bir şərəfsiz məni təbdən çıxardı. Həmin aparıcını başa düşdüm. Başqasının günahına girən insanın şahidi oldum. Üzüldüm ki, şər danışmaq bəziləri üçün nə qədər adiləşib.

İçi kin, nifrət qoxan həşəratlar dünyamızda nə qədər çoxalıb. Allahdan, onun yaratdıqlarına şər atmaqdan qorxun. Bu dünyadan kəfənlə getmək belə, hər adama qismət olmur. Kirlənmiş ruhunuzu kəfənə sarımaq sizə qismət olacaqmı? Ay dinsiz, imansız... Sözüm İnstaqram-da saxta profil açıb ağlına və ağzına gələni yazanlaradır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR