x
Loading...

​Ermənistanda məhbus intihar edib

​Ermənistanda məhbus intihar edib
13:37 24 Dekabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Ermənistanın Armavir şəhərinin həbsxanasında 30 yaşlı məhbus özünü asaraq intihar edib.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, intihar hadisəsi şəxsi xarakterlidir.
"Gənc məhbus 2008-ci ildən həbsxanadadır. O, sağlamlığa qəsdən ağır xəsarət yetirmək və ya xuliqanlığa görə ittiham edilmişdi. Azadlıqda olarkən, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub. Deyilənlərə əsasən, intihardan bir neçə gün öncə o, anasından pul istəyib. Hadisənin konkret baş vermə səbəbi məlum deyil. Hadisə ilə bağlı cinayət işi açılıb", - məlumatda vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/ermenistanda-mehbus-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR