Ağsuda Yeni il ərəfəsində keçirilən iməcilikdə 1500-dən çox ağac əkilib

Ağsuda Yeni il ərəfəsində keçirilən iməcilikdə 1500-dən çox ağac əkilib
13:38 24 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Ağsu, 24 dekabr, AZƏRTAC
Ağsuda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində ümumşəhər iməciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, iməcilikdə ayrı-ayrı idarə, müəssisə və təşkilatlardan 700 nəfərdən çox adam iştirak edib. Şəhərin küçə və parklarında təmizlik və abadlıq işləri aparılıb, əsasən Bakı-Şamaxı-Yevlax magistral yolunun şəhərdən keçən hissəsinin kənarlarında, M.Ə.Rəsulzadə küçəsində 1500-dən çox ağac əkilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR