Tuyqun Nadirov istefa verdi

Tuyqun Nadirov istefa verdi
13:42 24 Dekabr 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın Klublar Komitəsinin rəhbərliyində dəyişiklik olub. 


Sport7.az saytının məlumatına görə, qurumun sədri Tuyqun Nadirov postundan istefa verib.

 

Komitəyə yarandığı gündən rəhbərlik edən "Xəzər Lənkəran”ın vitse-prezidenti qərarını bu gün baş tutan yığıncaqda açıqlayıb. Ötən ilin dekabrından fəaliyyətə başlayan komitədə 1 il çalışan Nadirov addımını bundan sonra diqqətini "ağ-yaşıllar”a yönəltmək istəyi ilə əlaqələndirib.

 

Qeyd edək ki, komitənin yeni sədrinin adı hələ dəqiqləşməyib. (apasport.az)


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR