Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:53 24 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona xalqımızın rifahı və əmin-amanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev təbrikə və diqqətə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Söhbət zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prezidentin_Metbuat_Xidmetinin_melumati-913944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR