Azərbaycanlı güləş hakimi Hicran Şərifov “Rio-2016”da ədaləti qoruyanlar arasında olacaq

Azərbaycanlı güləş hakimi Hicran Şərifov “Rio-2016”da ədaləti qoruyanlar arasında olacaq
13:54 24 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC 
“London-2012”də “Qızıl Fit” ilə mükafatlandırılan 1S kateqoriyalı hakim Hicran Şərifov 2016-cı ilin avqustunda Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında da Azərbaycanı təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, 2012-ci il London Olimpiadasında ümumilikdə 80 güləş hakimi görüşlərin idarə edilməsində iştirak edib. “Rio-2016”da isə hakimlərin sayı 50 olacaq. Bundan başqa, 2016-cı ildə qitə çempionatları və Olimpiadaya lisenziya xarakterli turnirlərdə səhvə yol verəcək hakimlərin dəyişdirilməsi məsələsi də gündəmdədir. Dünya Güləş Birliyi Hakimlər Kollegiyası Olimpiadaya vəsiqə qazanmış hakimlərdən diqqətli olmağı və reputasiyalarını qorumağı tələb edib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_gules_hakimi_Hicran_Serifov_Rio_2016da_edaleti_qoruyanlar_arasinda_olacaq-913947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR