"Kösəm Sultan"da sevgi iddiası - foto

"Kösəm Sultan"da sevgi iddiası - foto
14:06 24 Dekabr 2015
65 Şou
Ölkə mətbuatı
A- A+

"Möhtəşəm yüz il: Kösəm Sultan" serialında sevgi dedi-qoduları yayılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialın "Halime sultan"ı Aslıhan Gürbüz və "Acemi yeniçeri" obrazını canlandıran Berk Cankatın səmimi fotoları yayıldıqdan sonra şayiələr daha da sürətlənib.

Məkanda fotolarının çəkildiyini hiss edən Berk jurnalistlərə etirazını bildirərək oradan ayrılıb. Gürbüz isə məkanda tək qaldıqdan sonra paparassilərə "çəkməyin, eyni serialda işləyirik. Bütün heyət burdaydı, getdilər, biz qaldıq" deyib.

Lakin jurnalistlər "biz neçə saatdır buradayıq, sizdən başqası yox idi" deyincə aktrisa təşvişə düşüb:

"Nə olar, belə yazmayın, biz dostuq".

Qeyd edək ki, Aslıhan Gürbüz həyat yoldaşı Kerem Kupacıdan keçən il boşanıb.

Xatırladaq ki, serialın bugünkü seriyasında ilk dəfə Beren Saat Kösəm obrazını canlandıracaq.








Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR