Yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub

Yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub
14:06 24 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabadda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.

Rayonun Alar kənd bələdiyyəsinin sədri Baxış Mustafayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə kənd ərazisində “Alpetrol” yanacaqdoldurma məntəqəsində baş verib:

"4 nəfər maskalı şəxs avtomobillə məntəqəyə gələrək ərazidə olan əməkdaşdan kassanı açmasını və pulları onlara verməsini tələb ediblər. İşçi isə kassada pul olmadığını, pulların axşam saatlarında müdriyyət tərəfindən evə aparıldığını bildirib. Daha sonra səs-küy salan və əraziyə polisin gələcəyini deyən əməkdaş soyğunçuların ərazidən qaçmasına səbəb olub. Məntəqə işçisi hələ soyğunçular gəldiyi zaman ağıllı hərəkət edərək polisə məlumat veribmiş. Soyğunçular isə heç nə əldə edə bilməyib, əllərində olan silahlardan bir neçə dəfə atəş açaraq ərazidən qaçıblar. Atəş nəticəsində məntəqə işçisi xəsarət almasa da "zapravka"nın şüşələri sınıb", - deyə sədr bildirdi.

Faktla bağlı Cəlilabad rayon Polis İdarəsində araşdırma aparılır. Hələlik soyğunçuların kimliyini müəyyən etmək mümkün olmayıb.

Bundan əvvəl də Tovuz rayonunda 3 nəfər birləşərək yanacaqdoldurma məntəqəsini soyub.

Gecə saatlarında naməlum şəxslər Əyyublu kəndi ərazində yerləşən İman Əkbərova məxsus "zapravka"ya gələrək məntəqədə operator işləyən 1976-cı il təvəllüdlü Mehman Məhəmməd oğlu Ayvazovu çağıraraq ondan yanacaq istəyiblər. Mehman Ayvazov otaqdan çıxan kimi onu bıçaqla hədələyib seyfi açmasını tələb ediblər. 39 yaşlı kişi seyfi açıb və oğrular oradan 1710 manat pul götürüblər.

Ərazidən uzaqlaşmazdan əvvəl isə Mehman Ayvazov qaçmasın deyə ayaqlarını yapışqan lentlə bağlayıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368047

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR