Nazir: Pensiya, müavinət, sosial yardımların nə qədər dəyərdən düşdüyü qiymətləndiriləcək

Nazir: Pensiya, müavinət, sosial yardımların nə qədər dəyərdən düşdüyü qiymətləndiriləcək
14:18 24 Dekabr 2015
65 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva-Trend:

"Müəyyən qədər sakitləşmə baş verməlidir, ondan sonra bazardakı qiymətlər müşahidə olunmalıdır. Bunların nəticələrinə əsasən, istehlak səbətinin dəyərinin necə dəyişməsi öyrənilməlidir".

Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, hazırda bu proseslər nəzarətdə saxlanılır: "Mütəxəssislər bazarlarda müşahidələr aparırlar. Nəzərə almaq lazımdır ki, devalvasiya ilə Yeni ilin yaxınlaşması müəyyən qədər üst-üstə düşdü. Ona görə də Yeni il qabağı bazarlarda olan proseslər, formalaşacaq qiymətlər müəyyən qədər tam mənzərəni ortaya qoya bilməyəcək. Bu səbəbdən növbəti ilin ilk günlərində də bu prosesləri davam etdirməliyik".

S.Müslümov deyib ki, əldə olunacaq nəticələr əsasında vətəndaşların gəlirlərinə, xüsusilə aztəminatlı insanların dövlət hesabına əldə etdiyi gəlirlərin, yəni pensiyaların, müavinətlər, sosial yardımların nə qədər dəyərdən düşə bilmə ehtimalı, yaxud faktiki olaraq, nə qədər dəyərdən düşməsinin dəqiq mənzərəsini ortaya qoyacağıq".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2473642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR