"Azərbaycanın ABŞ-a sanksiya tətbiq etməsi qarşı tərəfə adekvat cavabdır"

"Azərbaycanın ABŞ-a sanksiya tətbiq etməsi qarşı tərəfə adekvat cavabdır"
14:32 24 Dekabr 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Amerika Birləşmiş Ştatlarına sanksiya tətbiq etməsi bizim istəyimiz deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibi - sədr müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bu, Amerika Birləşmiş Ştatlarında bəzi dairələrin anti-Azərbaycan mövqeyinə Azərbaycanın məcburi reaksiyasıdır: "Biz Amerika ilə münasibətlərin gərginləşməsinin tərəfdarı deyilik. Amerika ilə Azərbaycan bir sıra sahələrdə əməkdaşlıq edir. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarında bəzi dairələr, bəzi vəzifəli insanlar var ki, Azərbaycanla Amerika münasibətlərinin pisləşməsi üçün əllərindən gələni edirlər. Hətta Azərbaycana, Azərbaycanın bəzi vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini hazırlayıb təqdim ediblər.

Bilmirəm, ABŞ Konqresi bu layihəyə necə mövqe sərgiləyəcək, amma belə bir təşəbbüsün ortaya atılması faktdır. Təbiidir ki, Azərbaycan vətəndaşları, o cümlədən Milli Məclis üzvləri bu anti-Azərbaycan mövqeyə qarşı öz fikirlərini səsləndirirlər. Bu fikirlərin müəyyən hissəsi də Amerika Birləşmiş Ştatlarına qarşı adekvat addımların atılmasını özündə ehtiva edir. Güman edirəm ki, Amerika Birləşmiş Ştatlarından Azərbaycana qarşı bəzi dairələr tərəfindən sərgilənən antiazərbaycan mövqeyi aradan qaldırılacaq. Ən azından biz bunu arzu edirik. Əgər belə bir təşəbbüs olmasa, antiazərbaycan mövqeyi açıq şəkildə özünü göstərməsə, güman edirəm ki, Azərbaycan tərəfindən də müvafiq addımların atılmasına ehtiyac qalmayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR