Erməni futbolçuya Fransa nəhəngindən təklif var

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Henrik Mxitaryan PSJ-nin maraq dairəsinə düşüb.


Metbuat.az "Bild"ə istindən xəbər verir ki, Fransa nəhəngi erməni futbolçuya illik 7 milyon avro ödəməyə hazırdı. Mxitaryanın "Borussiya" ilə olan müqaviləsi 2017-ci ilin yayına kimi nəzərdə tutulub. O, hazırkı iş yerində ilinə 4,5 milyon avro qazanır.

Cari mövsümdə Almaniya Bundesliqasında 16 oyunda meydana çıxan Henrik Mxitaryan 6 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR