Beyləqan rayonunu intellektual turnirin finalında “Mil” və “MAG” komandaları təmsil edəcək

Beyləqan rayonunu intellektual turnirin finalında “Mil” və “MAG” komandaları təmsil edəcək
14:38 24 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Beyləqan, 24 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində intellektual oyun üzrə seçim turları davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Beyləqan şəhərindəki şahmat məktəbində keçirilən növbəti yarışa rayonun ümumtəhsil məktəblərinin 8 komandası qatılıb.
Layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov tədbirdə çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, layihə haqqında ətraflı məlumat verib. Bildirilib ki, layihənin məqsədi region gəncləri arasında intellektual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdır.
“Nə? Harada? Nə zaman?” formatında keçirilən intellektual turnirdə “Mil” və “MAG” komandaları daha yaxşı nəticə göstərərək, 8 rayon arasında Beyləqanda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beyleqan_rayonunu_intellektual_turnirin_finalinda_Mil_ve_MAG_komandalari_temsil_edecek-913966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR