YAP Yaşamal rayon təşkilatının yeni binası istifadəyə verildi

YAP Yaşamal rayon təşkilatının yeni binası istifadəyə verildi
14:53 24 Dekabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının yeni tikilmiş inzibati binasının açılış mərasimi olub.

Trend-in məlumatına görə, açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP icra katibinin müavini Siyavuş Novruzov, millət vəkili Abel Məhərrəmov, Yasamal rayon İcra Hakimiyyətinin sədri İbrahim Mehdiyev və digər şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları iəvvəlcə Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoyublar.

YAP Yasamal rayon təşkilatının üzvlərini yeni binaya köçməsi münasibətilə təbrik edən Ə.Əhmədov bildirib ki, bu yeni bina rayon təşkilatının fəaliyyətinin daha da yaxşılaşmasına, nüfuzunun artmasına təsirini göstərəcək.

Baş nazirin müavini deyib ki, bina Yeni Azərbaycan Partiyasının öz imkanları hesabına inşa olunub.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri T.Əhmədov isə binanın tikintisinə 2015-ci ildə başlanıldığını deyib. O, qeyd edib ki, binanın 1-ci mərtəbəsində ümummilli lider Heydər Əliyevin büstü ilə yanaşı, Heydər Əliyev guşəsi də yerləşir. Binada təlimatçı otaqları, arxiv, texniki, gənclər və digər zəruri otaqlar var. 3-cü mərtəbədə böyük və kiçik konfrans zalları yerləşir. 170 yerlik böyük konfrans zalı müasir İKT avadanlıqları ilə təchiz olunub.

T.Əhmədov deyib ki, rəhbərlik etdiyi təşkilatın 27 600 üzvü var.

Bina ilə tanışlıqdan sonra Yeni Azərbaycan Partiyasına həsr olunmuş klip nümayiş olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2473640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR