Oktyabrda Türkiyə Azərbaycandan 595,19 milyon kubmetr təbii qaz idxal edib

Oktyabrda Türkiyə Azərbaycandan 595,19 milyon kubmetr təbii qaz idxal edib
14:53 24 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, Nihad Budaqov, AZƏRTAC
Bu ilin oktyabr ayında Türkiyə Azərbaycandan 595,19 milyon kubmetr təbii qaz idxal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Sentyabrda isə Azərbaycandan Türkiyəyə 458,48 milyon kubmetr təbii qaz ixrac edilib.
Qeyd edək ki, Azərbaycanın 2014-cü ildə ixrac etdiyi 6,5 milyard kubmetr təbii qazın 69,23 faizi, yəni 4,5 milyard kubmetri Türkiyəyə ixrac olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oktyabrda_Turkiye_Azerbaycandan_59519_milyon_kubmetr_tebii_qaz_idxal_edib-913970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR