​"İnter" klubunun yeni prezidenti: "Müəyyən araşdırmalar aparmaq üçün vaxt lazımdır"

14:57 24 Dekabr 2015
15 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Beynəlxalq Bankının sabiq əməkdaşı olan R.Qasımov müqavilə müddəti başa çatan futbolçularla bağlı bunları bildirib: "Bu gün açıqlama verə bilməyəcəm. Çünki dəqiq nəsə yoxdur. Rəhbərlik sistemində də hansı dəyişikliklərin olacağını demək olmaz. Çünki işə yeni başlamışam. Müəyyən araşdırmalar aparmaq üçün vaxt lazımdır. Heyətin maaş məsələsi haqda da müzakirələr olacaq".
R.Qasımov hazırkı baş məşqçi Zaur Svanadzenin komandadan getməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Heç bir qərar yoxdur. Hələ bu məsələni müzakirə etməliyik. Çalışacağıq ki, maliyyə problemləri olmasın. Komandanın təlim-məşq toplanışı keçməsi də gündəmdədir və mərhələli olaraq həll etməyə çalışırıq".
"İnter" bankın törəmə şirkəti olduğunu deyən klub prezidenti UEFA-nın sanskiyası ilə bağlı da fikir bildirib: "Bu sadəcə məlumat xarakterlidir və hər hansı bir qərar yanvarın sonunda qəbul olunacaq. Bu səbəbdən həmin qərarla bağlı açıqlama vermək düzgün olmaz. Çalışacağıq ki, klubun problemi olmasın".
Qeyd edək ki, "İnter"in Müşahidə Şurasının iclasında klub prezidenti postuna Rəşad Qasımov təyin olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/i-nter-klubunun-yeni-prezidenti-mueyyen-arasdirmalar-aparmaq-ucun-vaxt-lazimdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR