Azərbaycanda hansı statistik məlumatlarından daha çox istifadə olunduğu açıqlanıb

Azərbaycanda hansı statistik məlumatlarından daha çox istifadə olunduğu açıqlanıb
15:02 24 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Dövlət Statistika Komitəsi istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğunun nəticələrini açıqlayıb. Komitədən "Report"a verilən xəbərə görə, bu ilin noyabrın 1-ə olan məlumata əsasən, sorğuda 2 064 nəfər iştirak edib.
Onlar əsasən dövlət idarəçiliyini, qeyri-dövlət müəssisələrini təmsil edənlər, KİV nümayəndələri, tələbə, elmi işçilər və fərdi şəxslər olub. Maraq göstərilən sahələr içərisində ən çox əmək bazarı, əhali və gender statistikası, milli hesablar, təhsil, elm və mədəniyyət, maliyyə və bank, sənaye, energetika, kənd statistikası, tikinti, ticarət, qiymət sahələri üstünlük təşkil edir.
"Dövlətstatkomun statistik məlumatlarından tez-tez istifadə edirsiniz?" sualına rəy bildirənlərin 70 faizi statistik məlumatlardan mütəmadi istifadə etdiklərini bildiriblər. Sorğunun "Dövlətstatkoma və yaydığı statistik məlumatlara etibar edirsiniz?" adlı sualına isə iştirakçıların 86.2 faizi "bəli", 10.8 faizi "qismən", 0.9 faizi "xeyr" bildirib, 2.1 faizi isə "münasibət" bildirməyib.
Sorğu iştirakçıları göstəricilərdən ən çox əhalinin sayı ilə bağlı məlumatlara inanır. Belə ki, rəy bildirənlərin 90.2 faizi bu göstəriciyə inandığını, 1.4 faizinin rəyi isə mənfi olub. İnam baxımdan ən aşağı nəticə yoxsulluq və işsizlik səviyyəsi ilə bağlı olub. Yoxsulluq səviyyəsi üzrə öz rəyini bildirənlərin 64.6 faizi inandığını, 22 faizi qismən inandığını, 7.5 faizi isə inanmadığını bildirib.
İşsizlik səviyyəsi üzrə isə öz rəyini bildirənlərin 65.2 faizi inandığını, 21.8 faizi qismən inandığını, 7.9 faizi isə inanmadığını bildirib.
Qeyd edək ki, sorğu özündə istifadəçilərin fəaliyyət sahəsini, onların maraq dairəsini, hansı statistik məlumatlara inamının olmasını, statistik fəaliyyətin keyfiyyət baxımdan qiymətləndirilməsini, Komitənin veb səhifəsinin istifadəsinin rahatlığını, statistik məlumatların aktual, dolğun olmasının qiymətləndirilməsini, istifadəçilərə xidmət səviyyəsinin keyfiyyətini, statistik məlumatların istifadəçilərinin Dövlətstatkomun yayım təqvimindən xəbərdar olmasını, Dövlətstatkomun fəaliyyətindən nə dərəcədə razı olduqlarını və s. əks etdirən suallardan ibarətdir.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanda-hansi-statistik-melumatlarindan-daha-cox-istifade-olundugu-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR