DSMF-dən manat AÇIQLAMASI

DSMF-dən manat AÇIQLAMASI
15:12 24 Dekabr 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda manatın məzənnəsinin dəyişməsi 2016-cı ildə pensiya və müavinatların ödənişi ilə bağlı problem yaratmır.

Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, Fondun bunun üçün kifayət qədər vəsaiti var.

E.Mehdiyev qeyd edib ki, hər il olduğu kimi gələn ildə də inflyasiyanın səviyyəsinə uyğun olaraq pensiyaların sığorta hissəsinin və fərdi hesablarda toplanan pensiya kapitalının indeksləşdirilməsi aparılacaq

O əlavə edib ki, indeksləşdirmə 2015-ci ilin yekunları üzrə istehlak qiymətləri indeksi əsasında aparılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR