Azərbaycanı dünyada tanıdan Рəşid Behbudovun xatirəsi anılıb

Azərbaycanı dünyada tanıdan Рəşid Behbudovun xatirəsi anılıb
15:13 24 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Səbail rayonu Rəşid Behbudov adına 2 nömrəli Onbirillik musiqi məktəbində görkəmli müğənni, Xalq Artisti Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş geniş tədbir-konsert keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsertdə Rəşid Behbudovun ailə üzvləri, respublikanın tanınmış incəsənət ustaları, musiqi xadimləri, Səbail Rayon İcra Hakimiyyətinin və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Nazirlər Kabinetinin Mədəniyyət Şöbəsinin müdiri İsmayıl Sadıqov, Xalq Artisti, drijor Rauf Abdullayev, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko, Rəşid Behbudovun qızı Rəşidə Behbudova dünya şöhrətli müğənni haqqında xatirələrini söyləyiblər.
Musiqi məktəbinin xalq çalğı alətləri orkestri, xor kollektivi, skripkaçılar ansamblı rəngarəng konsert proqram təqdim edib. Şagirdlərin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından səhnə, vokal partiyalar, müxtəlif alətlərdə səslənən musiqi əsərləri, Rəşid Behbudovun repertuarından mahnılar dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda məktəbin direktoru, Əməkdar Mədəniyyət İşçisi Qəmər Quliyeva qonaqlara və tədbir iştirakçılarına minnətdarlığını bildirib.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycani_dunyada_tanidan_Resid_Behbudovun_xatiresi_anilib-913979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR