Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

14:12 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 14:06 ]

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan parlamentinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

 

APA – nın məlumatına görə, layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

 

Layihəyə əsasən məcəllənin 185.1, 188.1 və 190ş1-ci maddələrinə edilən dəyişikliklərə əsasən, Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın aksizli malların siyahısına aid edilməsi təklif olunur.

 

Dəyişikliklərə əsasən,  idxal olunan platinin hər qramına görə aksiz dərəcəsi 2 manat təşkil edəcək. Qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının aksiz dərəcəsi min çəki vahidindəki miqdarına görə müəyyənləşəcək. Belə ki, qızılın min çəki vahidindəki miqdarı 375 olduqda aksiz dərəcəsi hər qrama görə 0,8 manat, 500 olduqda hər qrama görə 1 manat, 585 olduqda hər qrama görə 1,2 manat, 750 olduqda hər qrama görə 1,5 manat, 958 olduqda hər qrama görə 1,8 manat, 999 olduqda hər qrama görə 2 manat olacaq. Bundan başqa, idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün aksiz dərəcəsi 200 manat olmaqla iki cür hesablanacaq. Əgər idxal olunan almazın bir ədədinin miqdarı 1 karatdan aşağıdırsa, aksizin məbləği almazın karatının miqdarına mütənasib olaraq azaldılacaq. Almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olsa, aksiz məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanacaq: 

 

- 1 karatdan 2 karatadək olduqda - 2,0

 

- 2 karatdan 3 karatadək olduqda - 3,0

 

- 3 karatdan 4 karatadək olduqda - 4,0

 

- 4 karatdan 5 karatadək olduqda - 5,0

 

Karat 5-dən yuxarı olduqda - 10,0

 

   Layihə səsə qoyularaq qəbul olunub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR