Dünya liderləri Prezident İlham Əliyevi təbrik ediblər

Dünya liderləri Prezident İlham Əliyevi təbrik ediblər
15:52 24 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Zati-alinizə çatdırmaqdan böyük qürur hissi duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Moldova Respublikasının Prezidenti Nikolaye Timofti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Doğum gününüz münasibətilə ən xoş arzularımı və ən səmimi təbriklərimi Sizə ünvanlamaq məndə xüsusi məmnunluq hissi doğurur.

Bu gözəl fürsətdən istifadə edərək əminliyimi bildirmək istəyirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı etimada və anlaşmaya əsaslanan mövcud ənənəvi münasibətlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşməsinə və genişlənməsinə kömək edəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Zati-aliləri, Sizə olan böyük ehtiramıma əmin olmağınızı xahiş edirəm".

X X X

Monteneqronun Prezidenti Filip Vuyanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

24 dekabr - doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu gün Azərbaycan dünyada sabitlik amilidir və hamı üçün daha da çiçəklənən və ədalətli gələcəyə yol açır. Təvazökarlıqdan kənar olsa da deməliyəm ki, bu cür ilhamverici yanaşmada Sizin şəxsi töhfəniz diqqətəlayiqdir. Arzum budur ki, uzun illər ərzində sabitlik və tərəqqi yolunda dost Azərbaycan xalqına rəhbərlik edəsiniz.

Bu xoş fürsətdən istifadə edərək Monteneqro xalqı adından və şəxsən öz adımdan dost ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün səylərinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətli Prezident, Sizə cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR