ABŞ-da son 40 ildə ilk dəfə olaraq neft ixracına dair müqavilə imzalanıb

ABŞ-da son 40 ildə ilk dəfə olaraq neft ixracına dair müqavilə imzalanıb
15:58 24 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Texasın “Enterprise Products Partners LP” energetika kompaniyası ixrac müqaviləsi imzalayaraq ABŞ-da son 40 ildə ilk neft ixracatçısı olub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, müqavilə neft ixracına 1975-ci ildən qüvvədə olan embarqonun aradan qaldırılmasından dərhal sonra bağlanıb. Kompaniya yanvarın ilk həftəsində Cənubi Texasda hasil olunan 600 min barrel nefti Hyustondakı terminalda qəbul edib İsveçrəyə çatdırmalıdır.
“The Wall Street Journal” qəzetinin verdiyi məlumata əsasən, neftin alıcısı Niderlandın “Vitol Group” kompaniyasıdır.
Nəşrin fikrincə, ABŞ neft bazarında Səudiyyə Ərəbistanı, Rusiya və İranla rəqabət aparmaq iqtidarındadır. Eyni zamanda, bu neftin əsas satış bazarı Avropa deyil, Cənubi Amerika ölkələri, xüsusən Meksika olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR