İlham Əliyev: Məmurlar da nalayiq işlərlə məşğul idilər

İlham Əliyev: Məmurlar da nalayiq işlərlə məşğul idilər
16:01 24 Dekabr 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

"Son illər ərzində Əmək və Sosila Müdafiə nazirliyində ciddi islahatalar aparılır. İslahatların bir məqsədi var. Ehtiyacı olanların problemləri həll olunsun, ədalət tam bərpa edilsin".
ANS PRESS-in məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında deyib.

Prezident deyib ki, əvvəlki illərdə bəzən əlil olan insan hər il bunu sübut etməli idilər. İndi aparılan islahatlar bu vəziyyəti köklü şəkildə dəyişir.

Lakin bəzi hallarda əlil olmayan insanlar əlillik dərəcəsini almaq üçün müxtəlif işlərlə məşğul idilər. "Bu dözülməz bir haldır. Vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Burada məmurlar da nalayiq işlərlə məşğul idilər. Ona görə də bu sahədə ciddi nəzarət, qayda-qanun, ictimai nəzarət olmalıdır".

Onun sözlərinə görə, dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir, bundan sonra da edəcək. İ.Əliyev bu günlərdə prezidentin Ehtiyat Fondundan Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri, müharibə əlilləri üçün tikintisi nəzərdə tutulan evin inşası üçün 10 milyon manat əlavə vəsait ayrılmasını xatırladıb.

Dövlət başçısı yaxın vaxtlarda da Nazirlər Kabinetinin də işlərin dayanmamsı üçün ən az bu qədər vəsait ayıracağını deyib.

"Düzdür, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin üç dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edib. Büdcə xərcləri, büdcə gəlirləri azalıb. Bu təbii vəziyyətdir".

İ.Əliyev neftin qiymətinin aşağı olmasına baxmayaraq gələn il də bütün sosial layihələrin icra ediləcəyini deyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR